Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2019 11:12
Milli komandamızın üzvləri Renat Dadaşov və Pavel Paşayevin komandaları öz liqalarında növbəti matçlarını keçiriblər.
Qol.az xəbər verir ki, Dadaşovun klubu “Pakuş de Ferreyra” Portuqaliya Premyer Liqasının səfərdə “Famalicao” ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub. Renatın adı matçın ümumi iştirakçıları sırasında olmayıb. 5 turdan sonra “Pakuş de Ferreyra” 1 xalla əvvəlkitək sonuncu – 18-ci yerdədir.
Pavel Paşayevin komandası, Ukrayna Premyer Liqa təmsilçisi “Oleksandriya” isə “Dnepr-1”i qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Paşayev “18”likdə olsa da, meydana buraxılmayıb. 7 turdan sonra “Oleksandriya” 12 xalla 2-ci yerdədir.
Qeyd edək ki, millimizin başqa bir futbolçusu Ramil Şeydayevin klubu “Dinamo” isə Rusiya Premyer Liqasında növbəti matçını sentyabrın 16-da “Ufa”ya qarşı keçirəcək.