Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 12:36
Ağsu rayonunda orta məktəblərin birində bomba həyəcanı yaşanıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, mayın 4-də saat 04.50-də DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var" deyərək telefonu qapadıb.
Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Araşdırma aparılır.