Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Lamborghini”nin zavodunda onun başlıca rəqibi göründü - VİDEO

“Lamborghini”nin zavodunda onun başlıca rəqibi göründü - VİDEO

Tarix: 4 May 2022 19:32

İtaliyanın superkar istehsalçısı "Lamborghini"nin Santa Aqata Bolonyezedəki zavodunda onun əsas rəqibi "Ferrari"-nin avtomobili görünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qırmızı avtomobil müəssisənin ərazisinə daxil olub.

Məlumata görə, "Lamborgini" mütəxəssisləri "Ferrari SF90" ilk hibrid superkarını yaxından tədqiq edir və "Aventador"un bazasında analoji layihə hazırlayırlar.

Bildirilib ki, 2024-cü ilə qədər bütün "Lambo" modellərinin hibrid versiyaları olmalı, 2028-ci ilə qədər isə brend ilk elektrik superkarını təqdim etməlidir.

Milli.Az


Etiketlər:  Lamborghininin zavodunda onun başlıca rəqibi göründü VİDEO


RƏYLƏR