Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 07:16
Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
"Real" ilk oyunda 3:4 hesabı ilə uduzduğu "Mançester Siti"ni qəbul edib.
Görüş dramatk məcrada keçib. Oyunda hesabı qonaqlar açıb və matçın son dəqiqələrinə qədər üstünlüyünü qoruyub. Ancaq Madrid klubunun hücumçusu Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dubl edərək komandasını məğlubiyyətdən xilas edib, görüş əlavə vaxta gedib. Əlavə vaxtda isə Kərim Benzema penaltidən fərqlənib və "Real" möhtəşəm geridönüşlə finala yüksəlib.
Karlo Ançelottinin komandası finalda "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1
Qollar: Mahrez, 73 (0:1), Rodriqo, 90 (1:1), 90+1 (2:1), Benzema, 95-pen. (3:1)
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu.
İlk oyun - 3:4
3 may
"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3
İlk oyun - 0:2.