Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 11:38
Birləşmiş Ştatlar Ukraynaya rus generallarını öldürməyə imkan verən kəşfiyyat məlumatı təqdim edib.
Sonxeber.net "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri bir qədər əvvəl cəbhə xəttində 12 rus generalının öldürüldüyünü deyərkən bu rəqəm hərbi analitikləri belə təəccübləndirmişdi. Yardımı Bayden administrasiyasının Ukraynaya gizli yardımının bir hissəsidir. Rəsmilər bildiriblər ki, bura Rusiya qoşunlarının hərəkət marşrutları da daxildir. Lakin onlar ABŞ-ın yardımı nəticəsində neçə generalın öldürüldüyü barədə ətraflı məlumat verməkdən imtina ediblər. Birləşmiş Ştatlar Rusiya ordusunun tez-tez köçürülən mobil qərargahının yerlərini və digər təfərrüatları da təqdim edib.
Nəşr qeyd edir ki, Bayden administrasiyası döyüş meydanında kəşfiyyat məlumatlarının böyük hissəsini gizli saxlamağa çalışıb. Amerika rəsmiləri rus qoşunlarının qərargahı haqqında məlumatları necə əldə etdiklərini təsvir etməyiblər. Lakin müharibə boyu ABŞ kəşfiyyat orqanları rus qoşunlarının hərəkətini izləmək üçün müxtəlif mənbələrdən, o cümlədən gizli və şəxsi peyklərdən istifadə edirlər.
Kəşfiyyat məlumatlarının ukraynalılarla paylaşılması ilə bağlı suala Pentaqonun sözçüsü Con F. Kirbi "bu məlumatın təfərrüatları barədə danışmayacağıq" deyib. Lakin o, etiraf edib ki, Birləşmiş Ştatlar Ukraynanı özünü müdafiə etmək üçün istifadə edə biləcəyi informasiya və kəşfiyyat məlumatları ilə təmin edir. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar Rusiyanın yüksək səviyyəli hərbi rəhbərləri haqqında kəşfiyyat məlumatları təqdim etməyi özünə qadağan edir. Xüsusilə, bu, rus generalı Gerasimova aiddir. Lakin rəsmilər etiraf ediblər ki, digər rus generallarının ölümündə ABŞ kəşfiyyatının əli olub.
ABŞ rəsmiləri açıq şəkildə etiraf ediblər ki, Birləşmiş Ştatlar Rusiyanın fevralın 24-də hücumu ərəfəsində Ukraynanı əməliyyat kəşfiyyatı ilə təmin etməyə başlayıb. Onların sözlərinə görə, ABŞ kəşfiyyatı Ukraynaya Rusiya qoşunlarının hərəkətindən tutmuş hədəflər haqqında məlumatlara qədər geniş spektrdə məxfi məlumatlar verib.
Kamran Seyidov