Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 16:05
Xəbər verdiyimiz kimi, 27 mayda türkiyəli məşhur ifaçı Gülşen Bakıda konsert verəcək.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçinin səhnə geyimi Azərbaycanda hazırlanacaq. Belə ki, müğənninin razılığı ilə onun libasını aktrisa Nərgiz Əliyevanın sahibi olduğu moda evi ərsəyə gətirəcək.
Uzun zamandır səhnə libasları ilə gündəmə gələn və müzakirə edilən Gülşenin Bakı konsertində nə geyinəcəyi isə indidən marağa səbəb olub.