Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 19:15
Aparıcı Azər Zahid bir müddət əvvəl TikTok canlı yayımında qalmaqal yaşadığı Pərvin Abıyeva haqda danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, "10-da görüşək" proqramına qonaq olarkən Abıyevanın sözügedən platformada "35 min dollar qazanmışam" açıqlamasına münasibət bildirib.
O, aktrisanın söylədiyi rəqəmlərin absurd olduğunu qeyd edib:
"35 min dollar qazanc teması absurddur. 200-500-1000 dollar qazanmaq olar. TikTok-da peşəkar yayım edirəm. Qazanc əvvəl 30 faiz verirdisə, bu, 50-ə qalxıb. İndi mən yayımda olduğum üçün platforma ödəniş verir.
Öz qazancımın qədərini isə açıqlamayacam. Bu, elə bir şeydir ki, qazandığımın artığını insanlara atıb dəstək oluram. TikTok-u düzgün ifadə edə bilmirlər. Hamı bir-birinə dəstək olur, ortada platforma qazanır".