Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ Ukraynaya əlavə 200 milyon avroluq humanitar yardım ayırıb

Aİ Ukraynaya əlavə 200 milyon avroluq humanitar yardım ayırıb

Tarix: 5 May 2022 19:54

Varşavada Ukraynaya dəstəklə bağlı Beynəlxalq Donorlar Konfransı keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, konfransda Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının Prezidentləri, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak edir.

Donorlar Konfransında çıxış edən Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, Aİ Ukraynanın seçdiyi Avropa yolunu dəstəkləyir və bu istiqamətdə dəstək verməyə davam edəcək. O bildirib ki, Aİ Ukraynaya maliyyə yardımını əsas üç istiqamətdə ayırıb, bura humanitar yardım, qısa müddət üçün olan təcili maliyyə yardımı və müharibədən sonra Ukraynanın bərpası üçün yardım aiddir.

Konfransda çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ-nin Ukrayna üçün əlavə 200 milyon avroluq humanitar yardımı ayırdığını elan edib.

"Biz Ukrayna xalqına deyirik: sizin mübarizəniz bizim mübarizəmizdir. Biz sizinləyik", Ursula von der Leyen qeyd edib.

Milli.Az


Etiketlər:  Ukraynaya əlavə 200 milyon avroluq humanitar yardım ayırıb


RƏYLƏR