Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq donorlar Ukrayna üçün 6,5 milyard dollar topladı

Beynəlxalq donorlar Ukrayna üçün 6,5 milyard dollar topladı

Tarix: 5 May 2022 20:56

Varşavada Polşa və İsveçin rəhbərliyi ilə "Ukrayna üçün Beynəlxalq Donorlar Konfransı" keçirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, konfransda Rusiyanın hücumundan zərər çəkmiş Ukraynaya yardım edən təşkilatları maliyyələşdirmək üçün 6,5 milyard dollar ianə edilib.

Konfransa İsveç Baş naziri Maqdalena Andersson, Finlandiyanın Baş naziri Sanna Marin, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen qatılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski konfransda çıxış edib.

6,5 milyard dollar ianə üçün təşəkkürünü çatdıran Polşa Baş naziri Mateuş Moravieçki toplanan pulların ən qısa zamanda Ukraynaya çatmasının zəruriliyini dilə gətirib:

"Bu gün Ukraynaya dəstəyin davam etdiyi bir gündür və aramızda eqoistlər yoxdur, çünki eqoistlik qalib gəlsə, Putin də qalib gələcək".

Milli.Az


Etiketlər:  Beynəlxalq donorlar Ukrayna üçün 65 milyard dollar topladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ