Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yata bilməyən uşaqlara dərman vermək olarmı? - Həkimdən cavab

Yata bilməyən uşaqlara dərman vermək olarmı? - Həkimdən cavab

Tarix: 5 May 2022 22:06

Uşaqların çoxunda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir-içir, səhər açılanda isə yuxuya gedir.

Sonxeber.net azertaca istinadən xəbər verir ki, həkim-pediatr Əkbər Quliyevin dediyinə görə uşaqların 20-25 faizində yuxu pozulmaları müşahidə edilir, gecə ilə gündüzü səhv salırlar.

Onun dediyinə görə, bunu aradan qaldırmaq üçün körpələrə dərman vermək olmaz, əvəzində rahatlaşdırıcı vannalardan istifadə etmək, uşağı təmiz havada gəzdirmək lazımdır: "Uşağın yatmaması, təbii ki, hansısa səbəblə əlaqədardır və həmin səbəbi araşdırmaq lazımdır. Həmin dövrlər uşaqlarda beyin inkişafının aktiv vaxtlarıdır. Yuxu dərmanları mərkəzi sinir sisteminə təsir edir. Bunun altında yatan başqa səbəb yoxdursa, yuxu dərmanı həmin sistemə təsir etdiyinə görə onun uşaqlara verilməsi tövsiyə edilmir".

Həmçinin körpənin yaxşı yatması üçün otaqda təmiz havanın olması da vacib şərtdir. Uşağı yatızdırmazdan əvvəl otağın havasını dəyişmək, yatdığı yeri düzəltmək, sakitliyə riayət etmək və işığı söndürmək lazımdır. Bundan başqa, gecə vaxtı körpəni həddindən çox yedizdirmək də düzgün deyil.


Etiketlər:  Yata bilməyən uşaqlara dərman vermək olarmı Həkimdən cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ