Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 10:55
Əməkdar artist Vasif Məhərrəmli müğənni Şəbnəm Qəhrəmanova ilə yaşadığı qalmaqaldan danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, ifaçının ünvanına dediyi "Ailə qurmayıb, uşağının atası kimdir" sözlərinə peşman olub:
"Kaş olmayaydı. Bilsəydim ki, köhnə videodur cavab verməzdim. Sonra bildim ki, 3 il əvvəlin müsahibəsidir".
V.Məhərrəmli Tarix Əliyevin (Tolik) "Amma Şəbnəm düz deyir, əlin bərkdir" sözlərinə "Əlim bərk deyil. Cibimə uyğun davranıram. Bir söz adama yapşmalıdır, yapışmayanda toxunur. Şəbnəm gərək danışanda diqqət etsin. Mən ailəmə, qohumlarıma baxıram" cavabını verib.