Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2022 23:34
"Bu gün təxminən 70-ə yaxın gəmi limanlarda qalıb. Ekipajın vəziyyəti ən pis Mariupolda olub. Çünki digər limanlarda ekipaj qurudan təxliyə oluna bilər".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.
Mariupol Ticarət Dəniz Limanı Dövlət Müəssisəsinin müdiri İqor Barski isə Mariupol Limanında hələ də blokadada olan 6 xarici bayraqlı gəmi olduğunu qeyd edib.
Barski onlardan bəzilərinin gəmiqayırma zavodu tərəfindən lazımi təmir işləri aparılmadan limanı tərk edə bilməyəcəyini və Mariupol gəmiqayırma zavodunun məhv edildiyini bildirib.