Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb - FOTO

BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb - FOTO

Tarix: 7 May 2022 08:34

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşüb.

Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib.

Sözçü bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Kubiakın sözlərinə görə, Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək "Mədəniyyət naminə sülh" ("Peace4culture") layihəsini fəaliyyət planı haqqında məlumat alıb.

Milli.Az


Etiketlər:  Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb FOTO


RƏYLƏR