Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Camaat pul qazanır, amma ağlayır” - İradə İsak

“Camaat pul qazanır, amma ağlayır” - İradə İsak

Tarix: 7 May 2022 10:25

"Hələ də anlamamışam bu camaatda pul var, ya yox. Qan ağlayırlar, amma Tiktok-da hər gecə azı 50 mənasız canlıya on minlərlə pullu smayliklər atırlar. Hər gün o adamlar nə qədər pul qazanır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri feysbukda teleparıcı İradə İsak qeyd edib. O bildirib ki, restoranlar insanlarla doludur:

"Hər addımda ucalan hündür binalar doludur, xüsusən yayda təyyarələr doludur, küçələrdə bahalı maşın əlindən gəzmək olmur, demək olar ki, 5 adamdan birinin maşını var. Bahalı maqazinlər müştəri qayğısı çəkmir. Rayonlarda hotellər də dərd çəkmir. Feysbuka, instaqrama, vatsapa girirsən ki, hərə bir yerdədir.

Di gəl ağzını aç bir kəlmə de, qarnını qucaqlayıb giley-güzara başlasınlar. Bu nədir? İlğımdır, fantastikadır, nədir, bilinmir".

Milli.Az


Etiketlər:  Camaat pul qazanır amma ağlayır İradə İsak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ