Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2022 20:44
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani İrana səfər edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Qətər əmirinin İrana səfəri zamanı iki ölkə arasında bir sıra siyasi və iqtisadi razılaşmaların icrası haqqında danışıqlar aparılacaq.
Qeyd olunub ki , səfər çərçivəsində İranın borclarının qaytarılması məsələsi də müzakirə olunacaq.
Səfərin tarixi açıqlanmayıb.