Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada koronavirusa yoluxanların sayı 517 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 517 milyonu keçib

Tarix: 8 May 2022 19:30

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 517 milyonu ötüb.

Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 517 099 297 nəfərə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 250 668 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı 517 milyonu keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ