Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 23:36
ABŞ-da bir sıra yan təsirə görə "Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini məhdudlaşdırılması qərarına gəlinib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, FDA-ya görə, dərmanı istifadə edərkən qan laxtalanma sindromunun inkişaf riski artır.
Həkimlər "Johnson&Johnson" peyvəndinin istifadəsindən sonra tromboz hallarını müəyyənləşdiriblər. Bundan sonra peyvəndin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qərardan sonra 18 yaşdan yuxarı amerikalılara ABŞ tərəfindən təsdiqlənən digər peyvəndlərdən vurulacaq.
Qeyd edək ki, "Johnson&Johnson" şirkətinin peyvəndi 2021-ci ilin fevral ayından istifadə edilir, bundan əlavə, ABŞ-da Moderna və Pfizer peyvəndlərindən istifadə olunur.