Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin növbəti dəfə ata olmağa hazırlaşır

Putin növbəti dəfə ata olmağa hazırlaşır

Tarix: 10 May 2022 09:54

Rusiya prezidenti Vladimir Putinin yenidən ata olmağa hazırlaşdığı iddia edilib.

Eks-rus kəşfiyyatçısının idarə etdiyi "General SVR" xəbər kanalı sanksiya siyahısında olan gimnast Kabayevanın üçüncü uşağa hamilə olduğu barədə sensasion informasiya yayıb.

69 yaşlı Rusiya lideri ilə 2008-ci ildən münasibətdə olan 38 yaşlı Kabayevanın artıq Putindən iki övladının olması ilə bağlı iddialar uzun müddətdir ki, səslənir.

İddialara görə, Putin və Kabayevanın ilk oğlu 2015-ci ildə İsveçrədə, ikinci oğlu isə 2019-cu ildə Moskvada dünyaya gəlib. Bir müddət deputat olan Kabayevanın Putinə yaxınlığı sayəsində böyük sərvətə sahib olduğu və İsveçrədə yaşadığı bildirilir.

Milli.Az


Etiketlər:  Putin növbəti dəfə olmağa hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ