Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 12:38
"İctimai iaşə obyektlərində qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
O qeyd edib ki, bu günə kimi 100-ə yaxın ictimai iaşə obyektində pozuntular aşkarlanıb.
"FHN, "Azəriqaz" və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq yoxlamalar aparılacaq", - Ruslan Əliyev vurğulayıb.