Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 14:10
Rusiya nümayəndə heyəti Ukraynadakı vəziyyətlə bağlı "qərəzli siyasi şou"nu legitimləşdirməmək üçün BMT İnsan Hüquqları Şurasının mayın 12-də keçiriləcək xüsusi sessiyasında iştirak etməyəcək.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
"Təəssüflər olsun ki, xüsusi hərbi əməliyyatın əsl məqsədləri və "yerdəki" real vəziyyətlə bağlı arqument və izahatlarımız tamamilə nəzərə alınmır. Bu dəfə də onların dinlənilməyəcəyi açıq-aydındır. Ona görə də Rusiya nümayəndə heyəti planlaşdırılmış növbədənkənar sessiya şəklində növbəti qərəzli siyasi şounun qanuniləşdirilməsində iştirak etməyəcək", - departament nümayəndəsi vurğulayıb.
Aslan Məmmədov