Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Komanda yoldaşlarına güldü, klubdan qovuldu

Komanda yoldaşlarına güldü, klubdan qovuldu

Tarix: 10 May 2022 19:56

"Lion"un sabiq futbolçusu Marselo ilə müqaviləni ləğv etməsinin təfərrüatları müəyyənləşib.

Milli.Az xəbər verir ki, ötən ilin avqustun 15-də Fransa Liqa 1-in 2-ci turunda "Anje"yə 0:3 hesab ilə uduzulan oyundan sonra braziliyalı müdafiəçi ilə müqaviləyə xitam verilib. O, qış transfer pəncərəsində "Bordo"ya keçib. 

Fransa mətbuatı yazır ki, Marselo "Lion"un paltardəyişmə otağında ab-havanı korladığı üçün klubdan qovulub. O, sözügedən görüşdə avtoqol vurmasına baxmayaraq, komanda yoldaşlarına gülüb.

Futbolçunun bu hərəkəti klub rəhbərliyini qəzəbləndirib və oyunçu ilə müqavilə ləğv olunub.

Qeyd edək ki, daha əvvəl Marselonun "Anje" ilə görüşdən sonra komandanın kapitanı Leo Dyubuaya güldüyü barədə xəbərlər yayılmışdı.

Milli.Az


Etiketlər:  Komanda yoldaşlarına güldü klubdan qovuldu


RƏYLƏR