Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2022 10:55
Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində məşhur aktyor Elvin Ağayevin qaraciyər köçürməsi əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.
Sonxeber.net xəbər verir ki, bu gün "Səni axtarıram" verilişində aktyorun əməliyyatı üçün lazım olan 50 min dollardan çox vəsait toplanıb.
Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişinin canlı efirində elan edib.
Qeyd edək ki, Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevin ailə üzvləri arasında donor tapılmadığından, aktyor Türkiyədə əməliyyat olunacaq.