Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik oldu

“Qarabağ” və “Mançester Siti” dünya rekorduna şərik oldu

Tarix: 11 May 2022 20:02

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da ən yaxşılar sırasında yer alıb.

Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. "Qarabağ"ın üç şəriki arasında "Mançester Siti"də var.

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə "Malmö", Monteneqroda "Sutyeska"da nail olub.

Milli.Az


Etiketlər:  Qarabağ Mançester Siti dünya rekorduna şərik oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ