Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 14:42
Bakı. Trend:
Azərbaycanın Ukraynadakı Səfirliyinin ərazisində soydaşlarımıza yüksək səviyyəli xidmət üçün ayrıca yeni binanın inşasına başlanılacaq.
Səfirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlarımıza konsulluq xidmətinin operativ göstəriləcəyi binanın 200 kvadratmetr ərazisi olacaq. Vətəndaşlarımız müasir texnika ilə təchiz olunacaq binada rahat şəkildə müraciət edə biləcəklər. Bundan başqa, uşaqlı soydaşlarımız üçün ayrıca uşaq otağı xidmət göstərəcək.
Oktyabrda tikintisinə başlanılacaq müasir binanın gələn ilin əvvəlinə hazır olması nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin