Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 14:50
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesində heç bir dəyişiklik yoxdur, indi öyünəcək heç nə yoxdur.
Sonxeber.net TASS-a istinadən bildirir ki, o qeyd edib ki, artıq bir gün əvvəl bu mövzuya münasibət bildirib. "Danışıqlara görə, dünəndən bəri heç nə dəyişməyib", - Peskov bildirib.
Rusiya Federasiyasının sərhədyanı rayonlarının Ukrayna tərəfindən atəşə tutulmasının danışıqların gedişinə necə təsir edə biləcəyi ilə bağlı sualı cavablandıran Kreml sözçüsü deyib: "İndi də danışıqlar yolunda lovğalanacaq heç nə yoxdur".
Çərşənbə günü o danışıqlar prosesinin davam etdiyini, lakin "çox ləng və səmərəsiz" olduğunu söylədi.
Aslan Məmmədov