Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Allahın verdiyi övlada qarşı çıxdım, peşmanam'' - Mətanət Əsədova - VİDEO

''Allahın verdiyi övlada qarşı çıxdım, peşmanam'' - Mətanət Əsədova - VİDEO

Tarix: 12 May 2022 18:35

Müğənni Mətanət Əsədova "1 dəqiqə" verilişində qonaq olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı övladını dünyaya gətirməkdən imtina etdiyini etiraf edib:

"Allahın verdiyi övlada vaxtında qarşı çıxdım. Çox peşmanam. İndi də gec deyil. Amma mənim güvənim yoxdur. Olsun, tək qalım. Özüm-özümü aldadıb, camata xoş olsun, efirdəyəm, məni belə sevəcəklər, birdən kimsə saymaz, bunlar mənə lazım deyil. İçim-içimi yeyincə özümü aldada bilmərəm həyatda. Nə də imkan verərəm ki, kimsa məni aldatsın. Niyə gözümlə görə-görə uçuruma atım özümü?

Belə alındı. Hamının həyatında enişli-yoxuşlu yollar olub. O bir qismət, alın yazısı idi, alınmadı. Deməli hələ Allah bunu mənə rəva bilmir. İstər həyatda, istər sevgidə, istər atdığım addımda ağlımla fikirləşmədim, ürəyimlə yanaşdım. Bu da mənim axırıma çıxdı".


Etiketlər:  Allahın verdiyi övlada qarşı çıxdım peşmanam Mətanət Əsədova VİDEO


RƏYLƏR