Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb

Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb

Tarix: 13 May 2022 07:54

Rusiyanın hərbi əməliyyata başlamasından sonra Ukrayna hökuməti orduya 8,3 milyard ABŞ dolları yönləndirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenkonun Reuters agentliyinə verdiyi yazılı açıqlamada deyilir.

Qeyd olunur ki, bu vəsait müxtəlif növ silahların alınmasına, hərbi texnikanın təmirinə, habelə rəsmi statistikaya əsasən ölkədə 2,7 milyon nəfərə yaxın olan müvəqqəti köçkünlərə yardım göstərilməsinə yönəldilib.

Bundan əlavə, Marçenko bildirib ki, Ukrayna aprel ayında planlaşdırılan vergi daxilolmalarının yalnız 60%-ni, eləcə də xaricdən təxminən 2 milyard ABŞ dolları həcmində iqtisadi dəstək alıb ki, bunun da 719 milyonu qrant şəklində verilib.

Milli.Az


Etiketlər:  Ukraynanın hərbi ehtiyaclar üçün xərcləri 8 milyard dolları ötüb


RƏYLƏR