Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alçanı 20 manata edən səbəblər...

Alçanı 20 manata edən səbəblər...

Tarix: 13 May 2022 19:56

Azərbaycanda may-iyun aylarının alçanın mövsümü olmasına baxmayaraq, bəzi bazar və marketlərdə qiymət hələ də yüksəkdir. Hazırda alçanın qiyməti növündən asılı olaraq 3-20 manat arası dəyişir.

Sonxeber.net xəbər verir ki, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov axar.az-a bildirib ki, xüsusən mövsümdən əvvəl yetişən meyvələrin əkini ilə əsasən, imkanlı şəxslər məşğul olur:

"Adi kəndli alça istehsalı ilə çox məşğul ola bilmir. Çünki ağac tinglərinin alınıb gətirilməsi, bağ salınması böyük xərc tələb edən prosesdir. Dövlət tərəfindən sahibkarlara ucuz kredit resursu təklif olunsa, alça əkini ilə məşğul olanların sayı artar. Xüsusən də bu təklif qış mövsümü örtülü şəraitdə məhsul yetişdirən kəndlilərə olunmalıdır ki, bəzi işbazlar yaranmış fürsətdən istifadə edə bilməsin".

Ekspertin sözlərinə görə, kəndli məhsulunu özü bazara çıxarmayanda bəzi işbazlar məhsulu ucuz qiymətə alıb, baha satır:

"Kəndlinin məhsulu bazara özünün çıxarması bu halların qarşısını ala bilər. Amma ola bilər tədarükçüyə satmaq kəndliyə daha əlverişli olsun. Bu zaman da həmin alverçilər sui-istifadəyə yol verməməlidir".

V.Məhərrəmov onu da deyib ki, bütün prosesləri bazar özü tənzimləyir:

"Hazırda ölkəmizdə bir topdansatış bazası var və məhsulun bir hissəsinin yerindəcə satışını həyata keçirir, digər hissəsi isə supermarketlərə təqdim olunur. Ölkədə bir yox, bir neçə belə bazanın yaradılması qiymətlərin tənzimlənməsində müstəsna rol oynaya bilər və rəqabət mühüti yaradar".


Etiketlər:  Alçanı manata edən səbəblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ