Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 22:14
Rusiya hökuməti qurğuşun ixracına lisenziya tətbiq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, müvafiq qərar Rusiya hökumətinin rəsmi portalında dərc olunub.
Qərar görə, mayın 15-dən noyabrın 15-dək federasiya ərazisindən emal edilməmiş qurğuşun, həmçinin onun qırıntılarını yalnız xüsusi razılıq əsasında çıxarmaq mümkündür.
Müvafiq ixrac lisenziyasını Sənaye və Ticarət Nazirliyi verəcək.