Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2022 22:54
Finlandiyanın hakim Sosial Demokratlar Partiyası ölkənin NATO-ya üzvlüyünə razılıq verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məsələ ilə bağlı səsvermədə 53 nəfər lehinə, 5 nəfər əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.
Bununla da Sosial Demokratlar Partiyası tarixi qərar verərək, Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsini təsdiqləyib. Sosial-demokratlarla yanaşı, Finlandiyanın digər parlament partiyalarının əksəriyyəti artıq NATO-ya müraciətin tərəfdarı olduqlarını elan ediblər.
Xatırladaq ki, daha əvvəl Finlandiyanın Baş naziri Sanna Marin və Prezidenti Sauli Niinistö Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı fikri dəstəklədiklərini bildiriblər.
Beləliklə, mayın 15-də Finlandiya hökuməti və Prezidenti ölkənin NATO-ya üzv olmaq üçün müraciət etməsi ilə bağlı rəsmi qərar verəcək. Daha sonra bu qərar təsdiqlənməsi üçün parlamentə göndəriləcək.