Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 07:21
Kardiologiyada istifadə olunan başlıca diaqnostik üsullara fonokardioqrafiya, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ürəyin USM), sutkalıq EKQ-monitorinqi aiddir. Bu prosedurlar ürək əzələsinin yığılma qabiliyyətini, onun və damarların vəziyyətini qiymətləndirməyə imkan verir.
Son illərdə kardiopatologiyalı pasiyentlərin yeni müayinə üsulları: ürək boşluqlarının zondlanması və angiokardioqrafiya aktiv şəkildə inkişaf etməkdədir. Onların köməyilə ürək və tac damarlarda əməliyyatın planlaşdırılması mümkün olur.
Müasir texnologiya və müalicə üsulları əvvəllər sağalmaz sayılan ürək xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Ürək transplantasiyası bir çox ümüdsüz pasiyentlərin həyatını xilas edir. Ürək xəstəliklərinin profilaktik tədbirlərinə ağır fiziki yüklənmələrdən, zərərli vərdişlərdən imtina, stresslərin uzaqlaşdırılması, qidalanma və istirahət rejiminin düzgün tərtibi aiddir.