Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu simptomlar bir çox xəstəliklərin əlaməti ola bilər

Bu simptomlar bir çox xəstəliklərin əlaməti ola bilər

Tarix: 16 May 2022 08:57

Orqanizm funksiyalarında hər gün və ya müəyyən dövrlərdə baş verən dəyişikliklər adi hallarla yanaşı, xəstəliyin xəbərçisi də ola bilər. Bədən funksiyalarında dəyişikliklər insana və ya xəstəliyə görə dəyişə bilər. Orqanizmin verdiyi siqnalları dinləmək və onlara diqqət yetirmək, vaxtında həkimə müraciət etmək erkən diaqnoz və müalicədə mühüm rol oynayır.
Ani çəki dəyişikliklərinə laqeyd yanaşmaq olmaz.
Qidalanmanızda heç bir dəyişiklik olmasa da, qısa müddətdə qeyri-adi dərəcədə arıqlamaq metabolik xəstəliklərin əlaməti ola bilər. Qalxanabənzər vəzinin xəstəlikləri, şəkərli diabet, mədə və bağırsaq xəstəlikləri, xərçəng, infeksiyalar ani kilo itkisinə səbəb ola bilər. Yorğunluğun arxasında müxtəlif səbəblər ola bilər.
Yorğunluq ən çox görülən şikayətlərdən biridir. Adətən stress, depressiya, keyfiyyətsiz yuxu, əhval-ruhiyyənin pozulması kimi səbəblərdən olur. Ancaq istirahətə baxmayaraq bir neçə gün keçməyən yorğunluq hissi altında xroniki ağciyər, ürək, böyrək xəstəlikləri və ya dəmir və vitamin çatışmazlığı ola bilər. Anemiyaya bağlı yorğunluq hissinin altında anemiyaya səbəb olan xərçəng xəstəliyi ola bilər. Nevroloji və əzələ revmatik xəstəliklərdə yorğunluğun səbəblərindəndir.
Başınızın ağrıma səbəbi hər zaman stress olmaya bilər
Baş ağrıları ümumiyyətlə stress və yorğunluq səbəbindən yaşanır. Yüksək qan təzyiqi, sinüzit, boyun osteoxondrozu baş ağrısının səbəblərindəndir. Görmə və iybilmə pozğunluqları ilə müşayiət olunan ağrı miqrenlə əlaqəli ola bilər. Artan baş ağrısı ilə müşayiət olunan ürəkbulanma, qusma, tarazlığın pozulması və şüurun dəyişməsi beyin qanaması və ya başda ağır xəstəliklətin xəbərçisi
ola bilər.
Əgər istirahət edərkən sinəniz ağrıyırsa, ürəyinizi yoxlayın
Sinə ağrısının bir çox səbəbi ola bilər. Yaşanan bütün sinə ağrısı ürəklə əlaqəli olmaya bilər. Mədə və qida borusu xəstəliyi və ağciyər infeksiyaları sinə ağrısına səbəb ola bilər. Ancaq istirahətdə və ya normal sürətlə yeriyərkən sinədə olan ağrı ciddi ürək xəstəliklərinin əlaməti ola bilər. Ağrı ilə müşayiət olunan döş qəfəsində təzyiq hissi, bel, boyun və ya qola yayılan ağrı ürək xəstəliklərinin olma ehtimalını artırır.

Milli.Az


Etiketlər:  Bu simptomlar bir çox xəstəliklərin əlaməti ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ