Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 14:38
2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti ilə nəticələnən 3 hadisə baş verib.
Nəticədə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu hadisələrin 2-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Ümumilikdə qeyd olunan müddət ərzində ölkədə 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq 556 nəfər olub. Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb.
Hadisələrin 48,9 faizi gündüz, 35,0 faizi gecə, 16,1 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.