Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şuşaya şəkil çəkdirməyə, video paylaşmağa getmirəm“ - Xuraman

“Şuşaya şəkil çəkdirməyə, video paylaşmağa getmirəm“ - Xuraman

Tarix: 18 May 2022 10:55

"Hər bir müsəlmanın arzusunda olduğu yerdə olmaq, o müqəddəs torpaqları ziyarət etmək çox gözəl bir duyğudur, Allah arzusunda olan hər kəsə bu gözəlliyi yaşamağı nəsib eləsin..."

Milli.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib. Səudiyyə Ərəbistanına Ümrə ziyarətindən qayıdan sənətçi hisslərini bölüşüb:

"Elə duyğular var ki, onları sözlə ifadə etmək olmur. Adəm (a.s.) və Həvva xanımın tövbəsinin qəbul edildiyi, qovuşduları o yerdə yaradanla baş-başa olmaq, dualar etmək, dünyanın müvəqqəti olduğunu, həyatın imtahanlardan ibarət olduğunu, hər bir şeyin keçici olduğunu bilib, Allahdan sülh əmin-amanlıq, hər kəsə sağlıq, ruzi-bərəkət istəmək, bütün xəstələrə şəfa, dərdi olanlara dərman arzulamaqla, günah və səhvlərə bir daha tövbə etməklə yüngülləşdim, dərkimlə bir az da böyüdüm, sakitləşdim,şükürlər olsun...  Açığı, gələn kimi övladlarıma görə bir az narahatlıqlarım olduğu üçün o ab-havada çox qala bilmədim, amma şükürlər olsun ki, bu gün uşaqlar da yaxşıdır deyə artıq o gözəl ab-havanın təsirinə qayıdıb, necə deyərlər o sularda üzməyə başlamışam..."

X.Şuşalı hələ ki, Şuşaya gedə bilmədiyini, lakin tez zamanda ailəsi ilə birgə doğma torpaqlarına getməyi arzuladığını bildirib: Şükürlər olsun, 30 illik vətən həsrətimiz bitdi. İstər rəhmətlik ümummilli liderimiz Heydər Əliyev dövründə, istərsə də ondan sonra Cənab İlham Əliyevin dövründə məcburi köçkünlərə göstərilən diqqət və qayğı əskilmədi, bizə yoxluq hiss etdirmədikləri üçün onlara ayrıca minnətdaram. Qaldı ki, şuşalı qızının 30 ildən sonra öz torpağına ayaq basmasına, İnşaallah, bu da olacaq. Ancaq şəkil çəkdirmək, orada oynayıb, video paylaşmaq üçün deyil, orada öz evimdə övladlarımla, oradan bərabər çıxdığım qardaşımla, bacımla olmaq istəyirəm, orada vaxt keçirmək istəyirəm, qalmaq istirahət etmək istəyirəm, İnşallah, bu günləri də bizə yaşadacaq Ali Baş Komandanımız. Düzdü, bir neçə dəfə televiziyalarımızdan orada veriliş çəkməklə bağlı təkliflər gəldi, amma qızım körpə olduğu üçün gedə bilmədim, daha sonra mən istədim bəzi səbəblərdən alınmadı, Ancaq tələsmirəm, əsas odur ki Vətənimi igid oğullarımız yağı düşməndən xilas edib, rəhmətə gedənlərimin ruhu sevinir, torpaqlarımda igid oğullarımız gəzir. Mən gec də getsəm olar, önəmli olan vətənim, adını daşıdığım Şuşam azaddır".

Milli.Az


Etiketlər:  Şuşaya şəkil çəkdirməyə video paylaşmağa getmirəm Xuraman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ