Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2022 19:00
Cəlilabad şəhəri, Cavadxan küçəsinin bir hissəsində qaz yoxdur. Küçənin "yeni massiv" adlandırılan hissəsi mavi yanacaqdan məhrumdur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər deyirlər ki, 8 ildir bu ərazidə məskunlaşıblar. Hər il aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Mövzu ilə bağlı ''Azəriqaz'' İstehsalat Birliyindən bildirilib ki, məsələdən xəbərdardırlar. Cavadxan küçəsinin tam olaraq qazlaşdırılması müvafiq dövlət proqramı çərçıvəsində həyata keçirilir.
Əlavə edilib ki, əgər sakinlər mərhələli şəkildə qazlaşmanı gözləmək istəmirlərsə, lisenziyası olan podratçı şirkətlərdən biri ilə razılaşıb qaz xəttlərini çəkdirə bilərlər. ''Bundan sonra "Azəriqaz" İstehsalat Birliyi həmin mənzillərə sayğac quraşdırıb qazla təmin edə bilər'',- deyə məlumatda bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: