Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2022 11:00
Ukraynadakı müharibənin gedişatı Rusiya Federasiyasında bir sıra generalların cəzalanmasına səbəb olub.
Sonxeber.net Britaniya kəşfiyyatının açıqladığı hesabata istinadən bildirir ki, həmin generallar Ukraynadakı müharibənin ilkin mərhələsində hərbi əməliyyatlar planlarının pis hazırlanmasında və nəticədə Rusiyanın Ukraynaya yeritdiyi qoşunların bir sıra istiqamətlərdə ciddi uğursuzluqlara düçar olmasında suçlanıblar.
Cəzalanmış generalların siyahısı belədir:
1. 1-ci qvardiya tank ordusunun komandanı general-leytenant Sergey Kisel. Xarkovun ələ keçirilməsi əməliyyatının uğursuzluğa düçar olmasında suçlanaraq işindən kənarlaşdırılıb
2. Qara Dəniz Hərbi Donanmasının komandanı vitse-admiral İqor Osipov. "Moskva" kreyserinin vurularaq batırılmasına, Odessa və Nikolayev şəhərlərinin ələ keçirilməsi əməliyyatlarının uğursuzluqla bitməsinə yol verdiyi üçün işindən kənarlaşdırılıb
3. Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov. Vəzifəsində qalsa da, ölkə başçısının etimadını itirib və operativ komandanlıqdan faktiki olaraq kənarlaşdırılıb.