Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna danışıqlar masasına qayıdan kimi...''

''Ukrayna danışıqlar masasına qayıdan kimi...''

Tarix: 19 May 2022 14:32

Ukrayna danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirən kimi Rusiya müsbət cavab verəcək.

Sonxeber.net TASS-a istinadən bildirir ki, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Danışıqlar prosesi bizim tərəfimizdən kəsilməyib. Ukraynalı tərəfdaşlarımız onu dayandırıb. Onlar danışıqlar masası arxasına qayıtmağa hazır olduqlarını bildirən kimi biz müsbət cavab verəcəyik", - o deyib.

"Əsas odur ki, müzakirə ediləcək bir şey olsun", - Rudenko vurğulayıb.

O əlavə edib ki, Rusiyanın xarici siyasət konsepsiyasına yeni geosiyasi reallıqlarla bağlı düzəlişlər edilməlidir.

"Son üç ayda vəziyyət kökündən dəyişdiyi üçün konsepsiyanın korreksiyası tələb olunur. Biz konsepsiyamızda əksini tapmalı olan yeni geosiyasi reallıqlarda yaşayırıq", - o, TASS-ın sualını cavablandırarkən deyib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Rudenko humanitar məsələlər üzrə təmas qrupunun Ankarada elan edilmiş görüşü barədə məlumatı olmadığını bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Rudenko bildirib ki, son üç ay ərzində yeni geosiyasi reallıqlar yaranıb və xarici siyasət konsepsiyasına düzəlişlər etmək lazımdır.

Aslan Məmmədov


Etiketlər:  Ukrayna danışıqlar masasına qayıdan kimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ