Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-adi təbiət hadisəsi görənləri heyrətə gətirdi - VİDEO

Qeyri-adi təbiət hadisəsi görənləri heyrətə gətirdi - VİDEO

Tarix: 20 May 2022 12:24

Uruqvayda "Yakekan" qasırğası zamanı qeyri-adi təbiət hadisəsi lentə alınıb. Belə ki, Punta del Este şəhərinin Atlantik sahilləri dəniz köpüyü ilə dolub-daşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəniz bioloqlarının fikrincə, köpük suyun tərkibində çoxlu miqdarda mikroyosun olması səbəbindən əmələ gəlib.

Bildirilir ki, siklon özü ilə 130 km/saata çatan küləkləri də gətirib. Nəticədə ölkədə yüz minlərlə ev işıqsız qalıb, dağıntılar qeydə alınıb. Azı iki nəfərin öldüyü bildirilir.

Milli.Az


Etiketlər:  Qeyri adi təbiət hadisəsi görənləri heyrətə gətirdi VİDEO


RƏYLƏR