Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 16:08
UEFA Rusiyaya qadağa qoymaqda davam edir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumu daha bir mötəbər matçı rusiyalılardan almağı planlaşdırır.
UEFA 2023-cü ildə Kazanda keçirilməsi qərara alınan Avropa Superkubokunun yerini dəyişməyi nəzərdən keçirir. Qurum hazırda gələn ilin avqustundakı həlledici matç üçün alternativ məkanları müzakirə edir. Bununla "Ak Bars Arena" UEFA Superkubokunun təşkil olunacağı ilk Rusiya stadionu olmaq şansını qaçıracaq.
Qeyd edək ki, UEFA Superkuboku Çempionlar Liqası və Avropa Liqasının son qalibləri arasında keçirilir.