Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 18:38
Türkiyədən ev alan azərbaycanlıların sayı artıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Türkiyə Statistika Xidmətindən verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında vətəndaşlarımız qardaş ölkədən 453 mənzil alıblar. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 382 olub.
Əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, artım tendensiyası son 3 ildir davam edir. Ekspert bunun səbəblərindən birini Türkiyədə təhsil alanların sayının artması ilə əlaqələndirir. Yəni Kirayə qiymətləri baha olduğundan insanlar ev almağa üstünlük verirlər.
Ramil Qasımzadə deyir ki, vətəndaşlarımızdaha çox İstanbulun mərkəzi yerlərindən mənzil almaqda maraqlıdılar. Halbuki, həmin ərazilərdə qiymətlər daha yuxarıdır.
Ekspertin bildirir ki, Azərbaycandan ən çox İran, İraq, Türkiyə, son aylar isə Ukrayna və Rusiya vətəndaşları ev alırlar.
Ramil Qasımzadə deyir ki, əcnəbilər Azərbaycanda əsasən yeni tikilən binalardan mənzil almağa üstünlük verirlər.