Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Exinaseya - immuniteti möhkəmləndirən bitki

Exinaseya - immuniteti möhkəmləndirən bitki

Tarix: 22 May 2022 22:15

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.

Saglamolun.az xəbər verir ki, elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya və onun əsasında hazırlanan preparatlar böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Exinaseya toxumaların bərpasını sürətləndirir və bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.

Exinaseyanın şişəleyhinə təsiri də var.

Pediatrlar exinaseya əsasında preparatları uşaqlara tez-tez təyin edir. Bu preparatların heç bir ciddi yanaşı təsiri yoxdur.

Milli.Az


Etiketlər:  Exinaseya immuniteti möhkəmləndirən bitki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ