Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2022 22:34
Bu gün İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.
Turnir cədvəlinin lideri "Milan" 38-ci turda "Sassuolo"nun qonağı olub. "Qırmızı-qaralar" bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə 86 xalla çempion adını qazanıb.
"İnter" isə son turda "Sampdoriya"nı 3 cavabsız qolla məğlub edib və 84 xalla mövsmü 2-ci pillədə başa vurub.
Beləliklə, "Milan" 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, "Milan"ın ümumilikdə 19-cu çempionluğudur.
Qeyd edək ki, 3-cü pillədə 79 xalla "Napoli" qərarlaşıb.
22 may
20:00. "İnter" - "Sampdoriya" - 3:0
Qollar: Perişiç, 49, Korrea, 55, 57
20:00. "Sassuolo" - "Milan" - 0:3
Qollar: Jiru, 17, 32, Kessie, 36