Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 13:52
Çin Tayvanla bağlı öz milli maraqlarının müdafiəsinə hazırdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Van Venbin müntəzəm mətbuat konfransı zamanı ABŞ Prezidenti Co Baydenə cavabında deyib.
O bildirib ki, Tayvan məsələsi Çinin daxili işidir və Pekin hər hansı digər ölkənin öz daxili siyasət məsələlərinə müdaxiləsinə imkan verməyəcək.
"Tayvan məsələsi Çinin sırf daxili işidir. Çinin suverenlik və ərazi bütövlüyü kimi əsas maraqlarına toxunan məsələlərdə güzəştə və ya kompromisə yer yoxdur. Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə möhkəm əzmini, möhkəm iradəsini və güclü qabiliyyətini az qiymətləndirməməlidir", - XİN rəsmisi qeyd edib.