Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 07:09
Rusiyanın aprelin 4-də vəfat edən siyasətçisi Vladimir Jirinovskinin böyük oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, indi onun adı David Aleksandroviç Qarsiyadır.
Ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, sonra o, Rusiya siyasətindən və LDPR partiyasından həmişəlik ayrıldığını elan edib.
"Bu qərarın səbəbi hələ 2014-cü ildə Avropa İttifaqının Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib", - məlumatda deyilir.
Ukraynalı jurnalist Denis Kazanskinin sözlərinə görə, Jirinovskinin oğlu İspaniyaya köçməyə hazırlaşır.