Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 15:12
Beynəlxalq idman arbitraj məhkəməsi PSJ-nin futbolçusu Neymarın cəzasını azaldıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçuya verilən 3 oyunluq cəza 2-yə endirilib. Beləliklə o, Çempionlar Liqasının qrup mərhələsində "Real" və "Qalatasaray"la görüşləri buraxacaq. Neymar ÇL-in 3-cü turunda "Brügge" ilə matçda isə oynaya biləcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə cavab matçından sonra sosial şəbəkədə hakimləri təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı.