Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çəltik sahələrindəki çətinliklər: Fermerlər nə toxum, nə də texnika tapa bilir - VİDEO

Çəltik sahələrindəki çətinliklər: Fermerlər nə toxum, nə də texnika tapa bilir - VİDEO

Tarix: 24 May 2022 16:16

Astaranın bir neçə kəndində çəltik əkininə başlanıb. Ancaq təsərrüfat sahibləri narazılıq edirlər. Çünki  işlərinə mane olan bəzi problemlər var. Əvvəla, insanlar nazirlik tərəfindən verilən toxum növünün qaneedici səviyyədə olmadığını, daha məhsuldar toxum istədiklərini, ancaq tapa bilmədiklərini deyirlər. Vətəndaşların texnika ilə bağlı çatışmazlıqları da var.  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Astaranın Artupa, Səncərədi, Kakalos, Ərçivan və Pensər kəndlərində bir neçə gündür ki, çəltik əkininə başlanıb. 

Ancaq təsərrüfat sahibləri bəzi problemlərlə qarşılaşıblar. Onlar toxum və texnika sarıdan çətinliklərlə üzləşdiklərini deyirlər. Xüsusilə də məhsuldar toxum əldə edə bilmirlər.

Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, texnika ilə bağlı problemləri həll etmək üçün aqroservislər mini-texnikalarla təmin olunmalıdır.

Bu il Astarada 250 hektarda proqnozlaşdırılan əkinin 30 hektarında əkin işləri artıq başa çatıb.

Milli.Az


Etiketlər:  Çəltik sahələrindəki çətinliklər Fermerlər toxum texnika tapa bilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ