Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 23:24
Cins atları ilə dünyada məşhur olan Azərbaycanda üç ildir ki, cıdır yarışları keçirilmir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə idmanın atçılıq növü ilə məşğul olan şəxslər məlumat veriblər.
Qeyd olunur ki, Bakının mərkəzindəki ippodrom hazırda yararsız vəziyyətdədir.
"Üç ay öncə Cıdır mərkəzini təmir etmək üçün texnika gətirdilər. Biz də sevindik ki, beynəlxalq standartlara uyğun ippodrom tikəcəklər. Hər şey əksinə oldu. Cıdır zolagını daha da bərbad günə qoyub getdilər. Son üç aydır orada heç bir təmir işi aparılmır", deyə idmançılar bildirirlər.
Atçılıqla məşğul olanlar kənd təsərrüfatı naziri İnam Kərimov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Azərbaycan Jokey Klubun rehberi Samir Aslanovə müracət edərək onlardan məsələni nəzarətə götürmələrini xahiş ediblər.
Atçılar ölkə rəhbəri prezident İlham Əliyevdən şəhər ippodromunu təmir olunub atçıların ixtiyarına buraxılması üçün göstəriş verməsini xahiş edirlər.