Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Astronavt Ukraynadakı müharibənin kosmosdan necə göründüyündən danışıb

Astronavt Ukraynadakı müharibənin kosmosdan necə göründüyündən danışıb

Tarix: 25 May 2022 14:46

Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdan alman astronavt Matias Maurer Ukraynadakı müharibənin kosmosdan adi gözlə belə, göründüyünü bildirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Bild" telekanalının efirində danışıb.

"Əvvəlcə ölkədə gecələr tamamilə qaranlıq idi, çünki şəhərlərdə işıqlandırma bütünlüklə azaldılmışdı. Əslində, təkcə Kiyevi tanımaq mümkün idi, onun ətrafındakı bütün ölkə isə başdan-ayağa qaranlıq idi".

O qeyd edib ki, bir gecə şimşək görüb və bunun raketlər olduğunu anlayıb. Gündüz isə Mariupol kimi şəhərlərin üzərində böyük və qara tüstü dumanları görünürmüş.

"Bu, kosmosdan adi gözlə çox aydın görünürdü. Və o anlarda özümü ölkəyə Almaniyada hiss edəcəyimdən daha yaxın hiss edirdim", - deyə Maurer qeyd edib.

Onun sözlərinə görə, müharibə səbəbindən kosmik stansiyada heç bir mübahisə olmayıb, bütün astronavtlar Ukraynada dəhşətli hadisələrin baş verdiyini qəbul ediblər.


Etiketlər:  Astronavt Ukraynadakı müharibənin kosmosdan necə göründüyündən danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ