Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bizə ''torpaqları ver'' təklifi edənlər... - Podolyak

Bizə ''torpaqları ver'' təklifi edənlər... - Podolyak

Tarix: 26 May 2022 13:08

Ukraynanın 3 gündən bir neçə həftəyə qədər müddət ərzində təslim olacağı proqnozlaşdırılmışdı. Ukraynalılar Kiyevi müdafiə etdilər, üç rayonu azad etdilər və dördüncü rayonun azad edilməsini başa çatdırırlar. Bu gün də həmin adamlar - Avropada Rusiya lobbiçiliyi edənlər bizə təklif edirlər ki, Rusiyaya ölkənin şərq və cənubunu verək. Məsləhət üçün təşəkkür edirəm, amma silahların köməyini qəbul edəcəyik.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya indi rusların ukraynalıları öldürmək hüququna malik olduğunu "dünyaya sübut etmək" üçün böyük vəsait xərcləyir:

"Ona görə də Avropadakı rusiyapərəst lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Elə dünən informasiya gündəmi eksklüziv olaraq neft embarqosu və Rusiyanın hərbi cinayətləri idi. Bu gün müəyyən siyasi ağızlar bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin verilməsi! Deyirlər, biz köhnə, müharibədən əvvəlki həyat tərzini qaytarmaq istəyirik, bəzi güzəştləri qəbul edin".

O qeyd edib ki, münaqişənin dondurulmasından söhbət gedə bilməz: Ukrayna Minsk razılaşmalarından nəticə çıxarıb, ona görə də Minsk-3-ə getməyəcək:

"Hər bir müharibə danışıqlar masası arxasında bitir və bu da istisna olmayacaq. Amma danışıqlar o zaman mümkün olacaq ki, tərəflər danışıqlara hazır olsun. Bunun üçün Rusiya vəziyyəti ayıq şəkildə dəyərləndirməyə başlamalıdır".

Qeyd edək ki, ABŞ-ın məşhur strateqi Kissencerin Davos Forumundakı çıxışından sonra Ukraynanın işğaldan olan torpaqlardan imtina etməsi məsələsi açıq müzakirəyə çevrilib.


Etiketlər:  Bizə torpaqları təklifi edənlər Podolyak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ