Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 15:46
"Liverpul"un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı sualları cavablandırıb.
Sonxeber.net apasport.az saytınıa istinadən xəbər verir ki,ulduz futbolçu "qırmızılar"dan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Misir millisinin üzvü Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını söyləyib. O, yeni müqaviləyə hazır olduğunu, rəhbərlikdən buna uyğun təklif gözlədiyini vurğulayıb.
Qeyd edək ki, Premyer Liqada 23 qolla mövsümün bombardiri olan Məhəmməd Salahın "Liverpul"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.